Dünya
Keçmiş müdafiə naziri və xanımı həbs olundular - 2,8 milyonluq rüşvət ittihamı - FOTO
Xarici şirkətlərdən rüşvət almaqda ittiham edilən Yunanıstanın keçmiş müdafiə naziri Yannos Papandoniu və xanımı Stavrula Kuraku həbs olunublar.
Milli.Az avropa.info-ya istinadən xəbər verir ki, keçmiş nazir və xanımı məhkəmənin qərarından sonra paytaxt Afina yaxınlığındakı Koridallos həbsxanasına aparılıblar.
Nazir və xanımı bir İsveçrə bankında saxladıqları 2,8 milyon İsveçrə frankını 2003-cü ildə xarici şirkətlərdən rüşvət olaraq almaqda ittiham edilirlər.
Qeyd edək ki, Yannos Papandoniu 2001-2004-cü illərdə Yunanıstanın müdafiə naziri işləyib.
Milli.Az