Digər

Göyçəyə gedə yol bağlandı – Ermənistanda etiraz

Metbuat.az

Ermənistanda insanlar İrəvan-Sevan (Göyçə) yolunu bağlayaraq, etiraz edirlər.

Publika.az
xəbər verir ki, Sevan polisinin rəis müavini Tatula Qevorkyan, həmçinin, digər polis əməkdaşları Vaaqna Mikaelyan və Saak Davtyan işəngəc vermək və kriminal keçmişə malik olmaq ittihamı ilə həbs olunub.

Polislərin qohumları İrəvan-Sevan yolunu bağlayaraq, onların azad edilməsini tələb edir.

Etirazçılar yolu açmaq tələblərinə əməl etməyiblər. Bundan sonra onlarla polis arasında qarşıdurma baş verib. Həmçinin, bağlı yolda qalan digər vətəndaşlar da etieazçılara narazılıq edib.

Hazırda yolda gərginlik davam edir. Məlumata görə, hadisə yerinə Ermənistan baş nazirinin müavini Tirqan Avinyan gəlib. Lakin danışıqlar hələki heç bir nəticə vermir.

Asif