Dünya

Fransada gəmi üzərində helikopter qəzası: 4 dənizçi yaralanıb

Metbuat.az

Fransada helikopter qəzası nəticəsində 4 nəfər dənizçi yaralanıb.

Trend-in xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, qəza "Dixmude" desant gəmisinin göyərtəsində baş verib.

Hadisə təlim məşqi zamanı baş verib. Ekipaj helikopterdən zərər çəkmədən çıxa bilsədə, gəminin uçuş zolağında işləyən 4 dənizçi yaralanıb.

Qəzanın səbəbləri araşdırılır.

Milli.Az