Dərinin gözəlliyini və sağlamlığını qoruyan
Dərinin gözəlliyi və sağlamlığı çox zaman qan dövranı ilə əlaqəli olur. Qan axımını təmin edərək dəri tonunu yaxlışdıra və dərinin daha gənc görünməsini təmin edə bilərsiniz.
Metbuat .az Türkiyə mediasına istinadla bildirir ki, Asiyalı qadınların istifadə etdiyi qaşıq masajı ilə 2 həftədən sonra dərinizdəki dəyişiklikləri görə biləcəksiniz. Bunun üçün lazım olan 1 ədəd çay qaşığı və Hindistan qozu yağı və ya normal nəmləndirici kremdir.
Soyuq bir qaşığın çöl hissəsini gözlərinizin altına yerləşdirin və yuxarı-aşağı, irəli-geri hərəkət etdirin. Gözlərinizin altına krem tətbiq etsəniz hərəkətlər daha sürətli olacaq. Müddət 1-2 dəqiqədir. Şişmiş göz qapaqlarından xilas olmaq üçün gözlərinizi yumun və soyuq qaşığın çöl hissəsini yerləşdirin. Qaşıqlar isindikdən sonra soyuq suya salın və yenidən gözünüzə qoyun. Bunu 5-7 dəfə təkrarlayın.
Qaşların arasındakı qırışıqlıqlardan xilas olmaq üçün burun körpüsünün üst hissəsinə soyuq bir qaşıq yerləşdirin və yüngülcə hərəkət etdirin. Alnınızın üst hissəsinə doğru irəliləyin. İlıq bir qaşıq istifaadə edərək eyni hərəkətləri təkrarlayın.
Alın qırışıqlıqlarından xilas olmaq üçün alnınızın ortasına yerləşdirin və dairəvi hərəkətlər ilə gicgah hissəsinə tətbiq edin. Sonra başladığınız nöqtəyə, alnınızın ortasına geri dönün. Qaşıqlar soyuduqdan sonra yenidən isidin. Masajın müddəti 2-3 dəqiqədir.
Mimika qırışıqlıqlarından xilas olmaq üçün ağzınızı açın və dodaqlarnızı yüngülcə uzadın. İsidilmiş qaşıqları dodaqlarınızın kənarına yerləşdirin. Qaşığı dairəvi hərəkətlər ilə ağzınızın hər iki küncünə ağzınızın hər iki küncündə hərəkət etdirin. Dairəvi hərəkətlər ilə burnunuzun alt hissəsinə geri dönün. 5-7 dəfə təkrarlayın.