Dünya

Belarusda iki minik avtomobili toqquşub, ölənlər və yaralananlar var

Metbuat.az

Belarusun Minsk şəhərində iki minik avtomobili toqquşub.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Mazda" və "Volksvagen" minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb.

Səhiyyə nazirliyinin mətbuat katibi Yuliya Borodunun sözlərinə görə, həlak olanlar arasında 2 uşaq olub.

İlkin məlumata əsasən, qəza "Mazda" avtomobilinin hərəkətin qarşə istiqamətinə çıxması səbəbindən baş verib. Qəzayla bağlı araşdırma aparılır.

Milli.Az