Ölkə
Bakıda QORXUNC QƏZA: 3 BakuBus avtobusu bir-birinə çırpıldı və... - VİDEO
Bu gecə Suraxanı rayonunda zərcirvari avtobus qəzası baş verib.
Publika.az xəbər verir ki, qəza zamanı "Bakubus" MMC-yə məxsus İveco markalı 3 sərnişin avtobusu toqquşub. Qəza nəticəsində avtobuslar yararsız hala düşüb.
Məlumata görə, qəza avtobuslar qaraja gedərkən baş verib. Ona görə də içərilərində sərnişin olmayıb.
Faktla bağlı araşdırma aparılır.