Ölkə
Abşeronda taksi sürücüsünü qarət etməkdə təqsirləndirilən şəxsin cəzası NƏ OLDU?
Bakı Ağır Cinayətlər Məhkəməsində taksi sürücüsünə qarşı quldurluqda təqsirləndirilən Ceyhun Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə C.Muradov 9 il azadlıqdan məhrum edilib.
İttihama görə, C.Muradov bu il martın 11-də Abşeron rayonunda taksi sürücüsü Əlvan Kərimovu bıçaqla hədələyərək, ondan 87 manat pul alıb.
Milli.Az