Sağlamlıq

Xəstənin qarnından 30 santimetr şiş çıxarıldı -

Metbuat.az

Azərbaycanda 70 yaşlı xəstənin qarnından 30 santimetr ölçüdə törəmə xaric edilib.

Metbuat.az bildiririr ki, insan bədənində törəmənin çox böyük ölçülərə çatması onun yavaş böyümə sürətindən xəbər verir. Lakin pasiyentin qarın nahiyəsində yer alan və 30 sm ölçüsündə nəhəng törəmə ətraf orqanlar və damarlara basqısı nəticəsində həyati təhlükəyə səbəb olub. “Keçməyən köp” şikayətləri ilə xəstəxanaya müraciət edən xəstə üzərində aparılan müayinələr nəticəsində sol böyrək, sidik axarı, bağırsaq və damarlarını ciddi zədələyən Retroperitoneal Sarkoma aşkar olunub və riskli, böyük həcmli əməliyyata qərar verilib.

Multidissiplinar yanaşma tətbiq edilərək əməliyyat və anesteziyanın riskləri dəyərləndirilib, müvafiq hazırlıq mərhələsindən sonra xəstə əməliyyata alınıb.

Uzman-cərrah İlqar İsmayılov tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində törəmə tam olaraq xaric edilib və eyni zamanda risk altında olan orqan və funksiyaları qoruna bilib.

70 yaşlı xəstə çox mürəkkəb və riskli əməliyyatdan 5 gün sonra tam sağlam şəkildə evinə yola salınıb.

Bu qarışıq xərçəngdən qoruyur - XALQ TƏBABƏTİ