Dünya
Ukraynanın baş naziri defolt təhlükəsi barədə xəbərdarlıq etdi
"Əgər Ukrayna Beynəlxalq Valyuta Fondunun (IMF) təbii qazın qiymətinin artırılması barədə tələbini yerinə yetirməsə, ölkə maliyyə böhranına düşə, defolt təhlükəsi ilə üzləşə bilər".
Milli.Az report-a istinadən xəbər verir ki, bunu Ukraynanın baş naziri Vladimir Qroysman bildirib.
Hökumət başçısı ölkənin 2005-2013-cü illərdə aldığı borcların qaytarılması ilə bağlı narahatlığını da ifadə edib və borc böhranı fonunda deloltdan qaçmaq üçün IMF ilə gələcək əməkdaşlığın vacibliyini vurğulayıb.
Milli.Az