Ölkə

Sumqayıtda avtobus "KamAZ"la toqquşdu: 10 yaralı var

Metbuat.az

Sumqayıtda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində bir neçə nəfər xəsarət alıb.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində baş verib.

Sumqayıtdan Hacı Zeynalabdin qəsəbəsinə doğru hərəkət edən sərnişin avtobusu "KamAZ" markalı yük avtomobili ilə toqquşub. Hadisə zamanı 10-dan çox insan xəsarət alıb.

Qəzanın təfərrüatları araşdırılır.

Milli.Az