Sağlamlıq

​Soyuducuya qoyulduqda xəstəlik yayan

Metbuat.az

Müxtəlif qida və içkiləri xarab olmaması üçün ən çox görülən tədbir onları soyuducuda saxlamaqdır.

Metbuat.az xəbər verir ki, amma bəzi qidalar üçün bu vəziyyət fərqlidir. Bilmədən soyuducuda saxladığımız bəzi məhsullar xarab olmağa başlayır. Xarab olduğu bilinmədiyi üçün yeyilən qidalar müxtəlif xəstəliklərə səbəb olur.

Pomidor

Bir çox evlərdə xarab olmamaq üçün soyuducuda saxlanılan pomidor əslində soyuducu sayəsində dadını itirir. Sürətlə yumşalmağa başladığı üçün bakteriyalar əmələ gəlir və elə yeyildikdə sağlamlıq problemlərinə səbəb olur.


Kartof

Kartofu soyuducuda saxladıqda dadı və quruluşuna pis təsir edir. yavaş-yavaş xarab olmağa başlasa da soyuducuda olduğu üçün görünüşündə heç bir dəyişiklik olmur. Görüntüsündə dəyişiklik olmadığı üçün xarab olduğu bilinmir və yeyildikdə müxtəlif sağlamlıq problərinə səbəb olur.


Qəhvə

Soyuducu sayəsində nəmlənən qəhvə çəyirdəkləri həm ləzzətini itirir, həm də qısa müddətdə xarab olur.


Şirniyyatlar

Soyuducuya qoyulan şirniyyatların hər birinin ya forması, ya da ləzzəti pozulur. Bal axışqanlığını itirir, mürəbbə dona bilər, şokoladın da dadı pozulur.


http://matbuat.az/news/1026779/bu-cutluk-ne-edir.h...