Ölkə
Şəki sakini motosikletdən yıxılaraq xəsarət alıb
Şəki rayonunda bir nəfər bədbəxt hadisə nəticəsində xəsarət alıb.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında rayonun Kiçik Dəhnə kəndinin inzibati ərazisində baş verib.
1983-cü il təvəllüdlü kənd sakini Tərlan Cavanşir oğlu Sadıqov idarə etdiyi motosikletdən yıxılaraq xəsarət alıb. Hadisədən sonra o, Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
MRX-dan "Report"a bildirilib ki, T.Sadıqova sağ inci sümüyünün sınığı dioqnozu qoyulub, müalicəsi Cərrahiyə şöbəsində aparılır.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az