Digər

Rusiya 300 min əsgər, 36 min tank və qırıcıları HƏRƏKƏTƏ GƏTİRDİ - 37 il sonra İLK DƏFƏ...

Metbuat.az

Rusiya 300 min əsgər və 36 min tankla hərəkətə keçib.

Publika.az
xəbər verir ki, “Şərq-2018” təlimi bu gündən etibarən başlayıb.

Təlimlər 11-15 sentyabr tarixində keçiriləcək. Təlimdə 300 min əsgər, 36 min tankla yanaşı, onlarla döyüş gəmisi də iştirak edir. Bununla yanaşı, mindən çox döyüş təyyarəsi və helikopter də havaya qalxıb.

Təlimlərdə Çin və Monqolustan da iştirak edir. Çin 3200 əsgər, 900-dən çox hərbi avtomobil və 30 təyyarə ilə təlimə qatılıb. Monqolustan heyəti ilə bağlı isə heç bir açıqlama verilməyib.

Təlimlər 5 ordu poliqonu, 4 hərbi hava bazası, Yapon dənizi, Berinq boğazı və Oxot dənizinin ətrafındakı bölgələri əhatə edəcək. Rusiya prezidenti Vladimir Putinin də təlimlərin keçiriləcəyi yerə baş çəkəcəyi gözlənilir.

Qeyd edək ki, Rusiya bu qədər geniş çaplı təlimləri 37 il öncə - 1981-ci ildə “soyuq müharibə” dövründə keçirib. “Qərb-81” adlanan təlim 1981-ci ilin sentyabrında Belarus, Baltikyanı və Ukraynada baş tutub. Təlimə SSRİ ordusu ilə bərabər, o zaman Lex Valensanın rəhbərliyi ilə genişmiqyaslı aksiyaların keçirildiyi Polşa Xalq Respublikasnın da ordusu qoşulub. Məhz bu təlimdən 3 ay sonra Polşada hərbi vəziyyət tətbiq edildi. Nəticədə hökumətin rəhbərliyinə müdafiə naziri Voytsex Yaruzelski gətirildi. İllər sonra mətbuata açıqlama verən Yaruzelski məhz bunun sayəsində 1981-ci ildə SSRİ ordusunun Polşaya müdaxiləsinin qarşısını aldığını bildirmişdi.

Lakin “Şərq-2018” təlimlərinə “Qərb-81” təlimindən daha çox canlı qüvvə qatılıb. Rusiyanın bu təlimini şərh edən İngiltərə mediası xəbəri “Putin müharibəyə hazırdır” manşeti ilə yayımlayıb.

Asif