Dünya
Roma forumunun divarı uçub
İtaliyada Monte-Tarpeo küçəsi yaxınlığında yerləşən Roma forumunun divarının bir hissəsi turistlərin gözü önündə uçub.
Milli.Az "Report"a istinadən bildirir ki, "İtaliya po-russki" nəşrinin məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Bildirilir ki, qəza yerinə jandarmlar cəlb olunub. Hadisənin təfərrüatları araşdırılır.
Milli.Az