Rezidenturaya qəbul olunanların NƏZƏRİNƏ
2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul olmuş şəxslər Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin elektron xidməti çərçivəsində yaradılmış “Şəxsi kabinet”in istifadəçi adını, namizədin elektron ərizəsinin iş nömrəsini və aşağıdakı siyahıda göstərilən sənədləri 07.09.2018-ci il tarixindən 14.09.2018-ci il tarixinədək (şənbə və bazar günləri istisna olmaqla) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təqdim edərək, nazirliklə mülki-hüquq müqaviləsi bağlamalı və qeydiyyatdan keçməlidirlər.
Səhiyyə Nazirliyindən Publika.az-a verilən
xəbərə görə, rezidenturaya qəbul olmuş şəxslərin göstərilən
müddətdə qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas
üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcəkdir.
Rezidenturaya qəbul olmuş şəxslər qeydiyyatdan keçmək üçün
aşağıdakı sənədlərin əslini və surətini şəxsən təqdim
etməlidirlər:
● Azərbaycan Respublikasının vətəndaşları – şəxsiyyət vəsiqələrini,
əcnəbilər – pasportlarını və (və ya) icazə vəsiqələrini,
vətəndaşlığı olmayan şəxslər – yaşadıqları ölkənin hüdudlarından
kənara getmək üçün onlara verilən sənədləri və ya icazə
vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı
olmayan şəxslər – şəxsiyyət vəsiqələrini, qaçqın və ya məcburi
köçkün statusu almış şəxslər və onların ailə üzvləri – qaçqın və ya
məcburi köçkün vəsiqələrini, onlara verilmiş yol sənədini,
beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri
və ya icazə vəsiqələrini;
● baza ali tibb təhsili haqqında diplomu;
● xarici ölkələrdə ali təhsil almış şəxslər - Azərbaycan
Respublikasının Təhsil Nazirliyitərəfindən verilən ixtisasın
tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən
sənədləri;
● xarici ölkələrdə ali ixtisas təhsili almış, diplomdan sonra
ixtisaslaşma keçmiş Azərbaycan Respublikasının vətəndaşları olan
həkimlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən
verilən “Tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa
buraxılması barədə şəhadətnamə”ni.
Respublikasının Səhiyyə Nazirliyində qeydiyyatdan keçən şəxslərin
müvafiq sənədləri təqdim etmək və əmək müqaviləsi bağlamaq üçün
qəbul olduqları klinik bazalara müraciət etməli olduqları tarixlər
barədə əlavə məlumat Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyinin rəsmi internet saytında veriləcəkdir.