Digər
Naməlum şəxs avtomobili kütlənin üzərinə sürdü: ölən və yaralananlar var
Çində naməlum şəxs avtomobilini kütlənin üzərinə sürüb.
Publika.az TASS-a istinadən xəbər verir ki, hadisə Hunan əyalətindəki Henyan şəhərində qeydə alınıb.
Nəticədə 3 nəfər ölüb, 43 nəfər xəsarət alıb.
Hadisəni törədən sürücü saxlanlıb. Onun hadisəni hansı səbəbdən törətdiyi hələlik məlum deyil.