Millətlər Liqası: Ukrayna Slovakiyanı, Fransa isə Hollandiya millisini məğlub etdi
Sentyabrın 9-da UEFA Millətlər Liqasının ikinci turunun növbəti oyunları keçirilib.
Publika.az xəbər verir ki, ikinci turun start oyununda Ukrayna millisi öz meydanında Slovakiya yığmasını qəbul edib. Görüş Andrey Şevçenkonun yetirmələrinin minimal hesabla qələbəsi ilə başa çatıb (1:0).
Günün maraqla gözlənilən oyunu “Stad de Frans” stadionunda baş tutub. “A” liqasının 1-ci turunda son dünya çempionu Fransa millisi Hollandiya yığmasını qəbul edib. Görüş 2:1 hesabı ilə Fransa seçməsinin qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, ilk turda Fransa millisi Almaniya millisi ilə heç-heçə edib (0:0).
Turun digər oyunları:
Danimarka - Uels - 2:0
Bolqarıstan - Norveç - 1:0
Kipr - Sloveniya - 2:1
Gürcüstan - Latviya - 1:0
Makedoniya - Ermənistan - 2:0
Lixtenşteyn - Cəbəllütariq - 2:0