Gizli Qarabağ PLANI, “Qiyamətə hazır olun!” XƏBƏRDARLIĞI... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Rusiya Prezidenti Vladimir Putin sentyabrın 27-də Azərbaycana səfər edib. Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşü keçirilib. Ermənistanın baş nazir Nikol Paşinyan BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışında sərsəm fikirlər səsləndirib. İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ-ın danışıqlar istəyini rədd etməsindən sonra iki ölkə arasındakı gərginlik artmaqdadır. Birləşmiş Ştatlar Rusiyanın nüvə silahını ölkənin təhlükəsizliyi üçün ən böyük təhlükə adlandırıb. Rusiya “S-300” zenit-raket komplekslərini Suriya ordusuna çatdıracaq.
Azərbaycan, Dağlıq Qarabağ
Sentyabrın 27-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycana səfər edib. Rusiya liderinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüşü olub. Sonra prezidentlər çay süfrəsi arxasında söhbəti davam etdirdilər.
Sentyabrın 27-də Heydər Əliyev Mərkəzində IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mərasimdə iştirak ediblər.
Sentyabrın 28-də Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olub. Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.
Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər.
Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.
Azərbaycan Müdafiə Nazirliyi erməni təxribatı ilə bağlı bəyanat yayıb. "Ermənistan hərbi-siyasi rəhbərliyi qoşunların qarşıdurma xəttində vəziyyətin gərginləşdirilməsinə yönəlmiş növbəti təxribat xarakterli addım atır. İşğal olunmuş ərazilərimizdə hərbi aviasiyanın cəlb olunması ilə təlim uçuşlarının keçirilməsi barədə düşmən tərəfinin yaydığı məlumat bunun əyani sübutudur.
Müdafiə Nazirliyi bəyan edir ki, ön xətdə yerləşən bölmələrimizin mövqelərinə yaxınlaşmağa cəhd göstərən düşmənin istənilən uçuş vasitəsi tərəfimizdən dərhal neytrallaşdırılacaq və baş verə biləcək itkilərə görə məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək", - bəyanatda deyilir.
25-27 sentyabrda Bakı Expo Mərkəzində “ADEX-2018” sərgisi keçirilib. Sərgidə dünyanın müxtəlif ölkələrindən 200-ə qədər şirkət, həmçinin, onlarla ölkə öz hərbi məhsullarını nümayiş etdirilib.
İsrail səsdən sürətli qorxunc raketi Bakıya GƏTİRİR: Ermənistan 1 zərbə ilə YOX EDİLƏCƏK - VİDEO
Nyu-Yorkda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Respublikasının xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüşü keçirilib. Görüş BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutub.
"Ümumilikdə danışıqlar 3 saatdan çox davam etdi. Münaqişənin davam etməkdə olan həlli inkişafı üzrə, habelə bölgəyə dayanıqlı sülhün gətirilməsi üçün nə edilməli olduğu məsələlərinə dair maraqlı və mühüm fikir mübadiləsi aparıldı. Biz danışıqların həmsədrlərin bölgəyə səfəri də daxil olmaqla gələn ay davam etdirilməsinə razılaşdıq".
Bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Respublikasının xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə 26 sentyabr tarixində Nyu-Yorkda keçirilmiş görüşü ilə bağlı KİV-in sorğularına cavab olaraq bildirib.
ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu York görüşünə dair bəyanatla çıxış ediblər. Bəyanatda həmsədrlərin görüş zamanı tərəflərdən narahatlıq doğuran bəyanatlar və insidentlərlə bağlı izahat istədikləri bildirilir.
Həmsədrlər insan ölümləri hallarının davam etməsindən dərin təəssüf hissi keçirdiklərini vurğulayıblar. Onlar nazirləri gərginləşmənin təhlükəli olması barədə xəbərdar ediblər, tərəfləri pozitiv mühitin formalaşmasında konstruktiv iştiraka və aqressiv ritorikadan çəkinməyə çağırıblar.
Vasitəçilər qeyd ediblər ki, hərtərəfli nizamlanma bütün tərəflərdən güzəştlər tələb edəcək.
Azərbaycan və Ermənistan XİN rəhbərləri isə danışıqlar prosesinin fəallaşması üçün tədbirlərin, habelə gərginliyin azaldılması üçün əlavə tədbirlərin vacibliyini vurğulayıblar.
Hakimiyyətə gəldiyindən bəri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı populist və sərsəm bəyanatlarla gündəmdə olan Ermənistanın baş nazir Nikol Paşinyan BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışında da eyni üslubdan istifadə edib. Paşinyan çıxışında Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti daha da gərginləşdirəcək bəyanatlar verib.
“Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində ola bilməz. Qarabağ münaqişəsinin nizama salınması Ermənistanın xarici siyasətinin prioriteti olaraq qalır. Dağlıq Qarabağın statusu və təhlükəsizliyi danışıqlar prosesində Ermənistanın xüsusi prioriteti olacaq”, - Paşinyan sərsəmləyib.
İşğalçı ölkənin baş naziri Azərbaycanın problemin hərbi yolla həlli ideyasından imtina etməli olduğunu və bütün əvvəlki razılıqları yerinə yetirməli olduğunu deyib.
Bundan başqa, baş nazir münaqişənin “əsas subyekti” adlandırdığı Dağlıq Qarabağla Azərbaycanın dialoqa başlamalı olduğu barədə tələbini yeniləyib.
BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirələrində Ermənistanın baş nazirinin bəyanatına cavab haqqından istifadə edən Azərbaycan nümayəndə heyəti bəyanat yayıb.
Azərbaycanın BMT-dəki nümayəndə heyətindən Paşinyana CAVAB
Ermənistan ərazi iddialarını nə qədər tez kənara qoysa, regionumuzda sülh bir o qədər tez bərqərar olacaq. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 73-cü sessiyasının müzakirələrində çıxışı zamanı deyib.
Azərbaycandan dünyaya ÇAĞIRIŞ: Qarabağ münaqişəsinin həlli üçün... - YENİLƏNDİ
"Ermənistanın baş naziri Yerevan küçələri ilə BMT Baş Assambleyasının kürsüsünü qarışıq salıb. O, yenə də beynəlxalq ictimaiyyəti uğursuz şəkildə aldatmağa cəhd göstərib. Dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlməsini, oxlokratik diktaturanın qurulmasını demokratiya kimi təqdim etməsi cəhdləri gülünc doğurur. Populizm, siyasi demoqoqiya və kütlələrin manipulyasiyası ilə məşğul olan siyasətçilərin keçən əsrin 30-40-cı illərində Avropada hansı fəsadlara yol açdığı hər kəsə yaxşı məlumdur". Bu fikirləri Azərbaycan Prezident Administrasiyasının (PA) xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib.
PA rəsmisi: "Paşinyan Yerevan küçələri ilə BMT Baş Assambleyasının kürsüsünü qarışıq salıb"
Nikol Paşinyan Ermənistanda hakimiyyətə gələndən sonra atdığı addımlar, səsləndirdiyi bəyanatlar onun haqqında birmənalı fikir yaratmır. Erməni siyasi şərhçi Samvel Akopyanın “Nikol Paşinyan: tütün qutusunda baş nazir” sərlövhəli məqaləsində irəli sürdüyü versiyalarsa xüsusilə diqqət çəkir.
Akopyan Paşinyanı ABŞ-ın hakimiyyətə gətirdiyini və qarşısına konkret hədəflər qoyduğunu deyir.
ABŞ və Türkiyənin gizli Qarabağ PLANI ORTAYA ÇIXDI: qutu açılacaq, Paşinyan... - SENSASİYA
Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında hökumətlərarası razılaşmaya əsasən 301 mm-lik “Polonez” əməliyyat-taktiki raket komplekslərinin növbəti partiyası ölkəmizə gətirilib.
Azərbaycandan İrəvanı QORXUYA SALAN ADDIM: “Polonez” raketləri... - FOTO/VİDEO
Ermənistan xüsusi təyinatlı kəşfiyyat-diversiya dəstəsinin banisi Vova Vartanov Azərbaycan Ordusunun Naxçıvan istiqamətində neytral ərazi üzrə irəlilədiyini açıqlayıb. “İravunk” qəzetində müsahibəsində erməni kəşfiyyatçı Azərbaycan Ordusunun cəbhədə vəziyyətə nəzarət etdiyini, yavaş-yavaş irəlilədiyini etiraf edib.
Ordumuz bu əraziləri AZAD ETDİ - İrəvanın sirlərini açan erməni kəşfiyyatçıdan SENSASİYALI SÖZLƏR
Ermənistanla “dqr” arasında “hərbi-siyasi müttəfiqlik” müqaviləsinin bağlanması məsələsi Ermənistan Təhlükəsizlik Şurasında qaldırılıb və biz Ermənistandakı həmkarlarımızdan cavab gözləyirik. Bunu Qarabağ separatçılarının rəhbəri Bako Saakyan deyib.
“Bir neçə il əvvəl bu istiqamətdə müəyyən işlər görülüb və bu sənəd Ermənistandakı həmkarlarımız tərəfindən hazırlanıb. Bu məsələ Ermənistanın yeni rəhbərliyinin bir müddət öncəki səfərlərində də müzakirə edilib”, – deyə o bildirib.
Ermənistan
Ermənistanın baş naziri Nikol Paşinyanın sədri olduğu “Vətəndaş sazişi” partiyasının rəhbərlik etdiyi “Mənim addımım” seçki bloku Yerevanın şəhər şurası seçkilərində qalib gəlib. Ermənistanın Mərkəzi Seçki Komitəsinin məlumatına görə, “Mənim addımım”seçki bloku seçicilərin 81,06 faizinin səsini toplayıb. Rəsmi məlumatda bildirilir ki, 475 seçki məntəqəsinin hamısının bülletenlərinin hesablanmasına əsasən “Mənim addımım” 370,3 min seçicinin 294109 nəfərinin səsini toplayb.
Ermənistanda diplomatik pasportdan məhrum edilən 254 vətəndaşın adı açıqlanıb. Robert Koçaryan, həyat yoldaşı Bella Koçaryan, oğulları Sedrak və Levon, ikincinin həyat yoldaşı müğənni Siruşo, qızı Qayane, nəvələri Bella, Ani, Emma, David Mikael də diplomatik pasportsuz qalıblar.
Hətta Koçaryanın ofisinin rəhbəri Viktor Soqomonyanın da bu üstünlükdən məhrum edildiyi də vurğulanıb.
Diplomatik pasportdan məhrum edilənlərin siyahısında Sej Sarqsyan, onun həyat yoldaşı Rita Sarqsyan, qızı, qardaşı Aleksandr Sarqsyan, keçmiş xarici işlər naziri Edvard Nalbandyan, “Taşir qrupu”nun sahibi Samvel Karapetyan, keçmiş müdafiə naziri Seyran Ohanyan, oliqarx Qaqik Tsarukyanın ailəsi də var.
Türkiyə, İran, Yaxın Şərq
Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdoğan Rusiyanın “Kommersant” qəzeti üçün Türkiyə-Rusiya əlaqələrinə dair bir məqalə qələmə alıb. Ərdoğan Rusiyanın, xüsusilə PKK, PYD, YPG kimi terror təşkilatlarına qarşı Türkiyənin mübarizəsinə dəstək verməsini gözlədiyini bildirib.
Ərdoğan Türkiyənin heç bir zaman sərhədlərində hər hansı bir terror təşkilatının olmasına icazə verməyəcəyini deyib.
Türkiyə Prezidenti Rəcəb Tayyob Ərdoğan Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 73-cü sessiyası öncəsi Nyu-Yorkda etdiyi bir çıxışında BMT-ni sərt şəkildə tənqid edib. Ərdoğan bu qurumların müəyyən qüvvələrin maraqlarını qorumaq üçün xidmət etdiyini bildirib.
“İsrail və ABŞ rəhbərliyinin Qüdsün şərəf və ləyaqətini ayaqlar altına qalan təcavüzünə qarşı mübarizəmizi diplomatiyada ən yüksək səviyyədə aparacağıq”, - o deyib.
Türkiyə yaxın dövrdə Suriyada Fəratın şərqində əməliyyat keçirəcək. Bu haqda ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da TÜRKEN Vəqfinin ənənəvi qala yeməyində bildirib.
Türkiyə Ordusu o ərazilərə də girir: Ərdoğan ABŞ-la dəhşətli müharibənin ANONSUNU VERDİ
ABŞ Menbiçdə təyin olunan yol xəritəsinə və təqvimə qətiyyən riayət etmədi. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“PYD-YPG o bölgəni tərk etməyib. Bölgənin əsl sahibləri hələ də ora yerləşməyib. ABŞ burada sözünü tutmadı. 90 gün deyilmişdi, 90 gün başını alıb gedir. Bundan sonrakı prosesdə hansı yeniliklər olacağını görəcəyik”, - Ərdoğan bildirib.
Türkiyədə ev həbsi altında olan amerikalı rahib Endrü Branson oktyabrın 12-də keçiriləcək növbəti məhkəmə iclasının nəticəsinə görə azad edilə bilər. Bu haqda türk rəsmilərinə istinadən “The Wall Street Journal” nəşri danışıb.
Onların sözlərinə görə, Donald Trampın administrasiyası Ankaraya təzyiqi göstərməyi və rahibin azad olunması üçün təkid etməyi dayandırarsa, belə ssenari mümkündür.
Qeyd edək ki, Branson Türkiyədə hələ 2016-cı ildə həbs edilib. O, 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevirilişinə cəhddə iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə fəaliyyət göstərməkdə ittiham olunur.
Türkiyə ABŞ-ın sanksiya siyasəti ucbatından İrandan qaz idxalını dayandırmaq niyyətində deyil. Bunu “Röyter”ə müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Barak Obamanın da dönəmində belə situasiya olub. Əgər biz bunu idxal edə bilməsək, o zaman bizim xalq qışda nə ilə isinəcək? Bu gün qaz ehtiyacımızın 50%-ni Rusiyadan, qalan hissəsini isə Azərbaycan, İran, İraq və bəzən də Əlcəzairdən alırıq”, – deyə o jurnalistin sualını cavablandırarkən deyib.
Rusiya “S-300” zenit-raket komplekslərini Suriya ordusuna çatdıracaq. Bu haqda Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib. Onun sözlərinə görə, bu, iki həftə ərzində olacaq.
Putinin bu addımı İsrail və Qərbi ŞOKA SALACAQ
“Bəzi optimistlərin ümidlərinin əksinə, Rusiya Amerika və İsrailə İranı Suriyadan çıxarmağa kömək etməyə hazırlaşmır”. Bu haqda ABŞ-ın “The Wall Street Journal” nəşri yazıb.
Nəşrin yazdığına görə, bunu Rusiyanın Suriyaya “S-300” zenit-raket komplekslərini göndərmək barədə qərarı da göstərir. Komplekslərin İsrailin Hərbi-Hava Qüvvələri üçün ciddi təhlükə yaradacağı bildirilir.
“Optimistlər düşünürlər ki, Vladimir Putin İranı Suriyadan çıxarmaq üçün İsrail və ABŞ-la əməkdaşlıq etməyə hazırlaşır. Amma yenə düşünmək lazımdır. Axı bir gün əvvəl Rusiya yüksək təsirli “S-300” zenit-raket komplekslərini Dəməşqdəki kukla rejiminə göndərmək barədə qərarını elan etdi”, - “The Wall Street Journal” yazıb.
“Qaçılmaz müharibənin başlanacağı halda...” - İsrail üçün TƏK SEÇİM
Əsəd rejimi növbəti dəfə kimyəvi silahdan istifadə edərsə, ABŞ hərəkətə keçəcək. Bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
“Məqsədimiz münaqişənin sona çatdırılmasından ibarətdir”, - Ağ Ev rəhbəri bildirib.
İsrailin hərbi-siyasi kabineti ordunu Suriyada İran güclərinə qarşı əməliyyatları davam etdirməyə göstəriş verib. Bu haqda əsas nazirlərin iclasının nəticəsinə görə yayılan bəyanatda deyilir.
Qeyd edilir ki, İsrail gücləri təhlükəsizlik sahəsində Rusiyayla koordinasiyanı saxlamalıdır.
Putinin “S-300” həmləsinə İsraildən cavab - HÜCUM ƏMRİ VERİLDİ
İran və onun nəzarətində olan güclər Suriyada qaldığı müddətdə Amerika qoşunları bu ərəb ölkəsinin ərazisini tərk etməyəcək. Bu haqda ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton bildirib.
Nəşrin yazdığına görə, Ağ Evin rəsmi beləliklə, siqnal verdi ki, Tramp administrasiyası Suriyadakı missiyasını yalnız İŞİD üzərində qələbəylə məhdudlaşdırmamağa qərar verib.
Daha əvvəl ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) dəfələrlə bildirib ki, Suriyada ABŞ-ın hərbi missiyası İŞİD üzərində tam qələbənin qazanılması ilə başa çatacaq. Suriyada İran güclərinə qarşı mübarizə indiyə kimi ABŞ-ın hərbi missiyasının bir hissəsi olaraq göstərilmirdi.
Boltonun bəyanatından sonra ABŞ-ın müdafiə naziri Ceyms Mettis Pentaqonda çıxış edərək vurğulayıb ki, İŞİD üzərində qələbə Vaşinqtonun hərbi missiyasının hədəfi olaraq qalır.
Əgər ABŞ sanksiya siyasətini davam etdirsə, İran Hörmüz boğazını bağlayacaq. Bunu NBC televiziyasına müsahibəsində İran Prezidenti Həsən Ruhani deyib.
“Bu ABŞ Prezidenti Donald Trampa xəbərdarlıq deyil, reallıqdır. Əgər Fars körfəzindəki gəmi yolları açıq və təhlükəsiz olmalıdırsa, o zaman bu, hər kəsə şamil edilməlidir”, – deyə o bildirib.
ABŞ İran neftini dünya bazarlarından çıxarda bilməyəcək. Bunu jurnalistlərə açıqlamasında İranın Neft naziri Bijan Namdar Zəngənə deyib.
“Ortamüddətli perspektivdə bu mümkünsüzdür. ABŞ-ın hədəfi qısamüddətli perspektivdə İranın neft ixracını sıfıra çatdırmaqdır. Bu arzu heç vaxt reallaşmayacaq”, – deyə o bildirib.
İrana heç vaxt imkan verməyəcəyik ki, Hörmüz boğazını bağlasın. Bunu Nüvə İranına Qarşı İttifaq qeyri-kommersiya təşkilatının konfransında çıxışı zamanı ABŞ Dövlət katibi Mayk Pompeo deyib. Onun sözlərinə görə, Tehran bu məkan üçün hansısa eksklüziv haqq irəli sürə bilməz.
Bütün dünyanı İranı təcrid etməyə çağırırıq. Bu sözləri ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı deyib.
“İran dindən istifadə edərək insanları müharibəyə təşviq edir. Bu, yaxşı bir şey deyil. Ölkə terrorizmin sponsorudur. Biz bu ölkənin terrorizmi maliyyələşdirməsinə göz yuma bilmərik. Dünyada heç bir şəhərdə nüvə başlığı olmamalıdır”, - deyə Tramp bildirib.
Ağ Ev rəhbəri əlavə edib ki, Tehranın siyasəti nəticəsində Yəmən və Suriyada xaos hökm sürür.
ABŞ-ın İranla bağlı siyasəti əvvəl-başdan yanlış idi. Bu sözləri İran Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışı zamanı deyib.
“Vaşinqtonun İran xalqının arzularının gerçəkləşməsinə mane olmasının qarşısı alınacaq”, - deyə Ruhani bildirib.
ABŞ yürütdüyü siyasətlə özünü dünyadan təcrid edib. Hətta müttəfiqləri də ona qarşı çıxır. Bunu İran Prezidenti Həsən Ruhani deyib.
Onun sözlərinə görə, İran və “Altılıq” arasında imzalanmış nüvə anlaşmasını təktərəfli formada ləğv etməsi ABŞ-ın ən böyük səhvi idi:
“ABŞ yenidən diplomatik masaya qayıtsa, tərəfləri razı salacaq şərtlər olacaq. Amerika xətaya yol verdi və bu xətanın yarısından geri qayıtmaq onun biləcəyi işdir. Lakin gec-tez ABŞ masa arxasında əyləşməyə məcbur olacaq”.
ABŞ Avropa Birliyinə imkan verməyəcək ki, İrana qarşı tətbiq edilən sanksiyalardan yayına bilsin. Bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Con Bolton deyib.
“ABŞ İrana qarşı sanksiyalar rejimini aqressiv şəkildə tətbiq edir. Biz Avropaya və ya hər hansı başqa ölkəyə sanksiyalardan yayınmağa imkan verməyəcəyik. ABŞ 4 noyabrda bütün İran neftini alan ölkələrdən idxalı sıfır həddinə çatdırmalarını gözləyir. İran neftinə qarşı sanksiyalarımız 5 noyabrda qüvvəyə minir.
SWIFT kimi maliyyə mübadiləsini həyata keçirən şirkətlər İranla münasibətlərinə yenidən baxmalıdırlar və belə bir riskə getməyə hazır olub-olmadıqlarını müəyyən etməlidirlər. SWIFT bundan öncə İran rejimi ilə əlaqələrini kəsən şirkətlərdən nümunə götürməlidir”, – deyə o bildirib.
Qeyd edək ki, İran SWIFT sistemindən 2012-ci ildən çıxarılmış, Vyanada nüvə müqaviləsinə imza atdıqdan sonra yenidən sistemə geri qaytarılmışdı.
İranın ali dini lideri Ayətullah Əli Xamenei ABŞ-ın danışıqlar istəyini rədd etməsindən sonra iki ölkə arasındakı gərginlik artmaqdadır. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton İrana çox sərt sözlərlə xəbərdarlıq edib.
Nyu-Yorkda keçirilən bir konfransda çıxış edən Con Bolton İranın hazırkı siyasətini dəyişdirməli olduğunu bildirib.
“İran vətəndaşlarımıza, müttəfiqlərimizə və partnyorlarımıza zərər verərsə, qiyamət qopacaq. Bu ölüm saçan rejim və onun tərəfdarları davranışlarını dəyişdirməsə, nəticələrinə hazır olmalıdır. Bugünkü mesajım çox açıqdır, biz sizi izləyirik və arxanızdayıq”, - prezidentin məsləhətçisi deyib.
İranda islahatçı qanadın ən əhəmiyyətli liderlərindən biri, keçmiş prezident Məhəmməd Hatəmi ölkə rəhbərliyinə xəbərdarlıq edib. Hatəmi İranda sisteminin özündə islahatlar aparılmalı olduğunu, əks təqdirdə, ölkənin ciddi problemlərlə qarşılaşacağını söyləyib.
ABŞ-ın Azərbaycan sərhədlərində DƏHŞƏTLİ PLANI - Şok ssenari TƏSDİQLƏNDİ
İran Xarici İşlər Nazirliyinin başçısı Məhəmməd Cavad Zərif Təl-Əvivi özünün nüvə silahlanması üzrə qeyri-leqal proqramından danışmağa çağırıb. Bu haqda Tvitter səhifəsində bildirib.
“İsrail bizim regionumuzda məxfi və nüvə silahlanması üzrə qeyri-leqal proqramdan istifadə edən tək rejimdir. İsrailin qeyri-qanuni nüvə silahlanması proqramını etiraf etmək və beynəlxalq ekspertlər üçün açmaq vaxtı çatıb”, - o deyib.
Xatırladaq ki, İsrailin baş naziri BMT Baş Assambleyasında çıxış edərək İranın tonlarla nüvə materialının saxlandığı gizli anbara sahib olduğunu bildirib.
İrandan ŞOK İDDİA: İsrail tək dövlətdir ki...
ABŞ Yaxın Şərqdəki üç ölkədən “Patriot” raketlərini önümüzdəki ay ərzində çıxaracaq. Bu barədə “The Wall Street Journal” nəşri Pentaqondakı yüksəkvəzifəli mənbəyə istinadən məlumat yayıb.
Nəşr yazır ki, İordaniya, Küveyt və Bəhreyndəki “Patriot”lar çıxarılacaq.
“Küveytdə iki, digər ölkələrin hər birində isə bir “Patriot” var. Bu ölkələrdən çıxarılacaq raketlərin hara yerləşdiriləcəyi hələlik açıqlanmır. ABŞ Yaxın Şərq və Əfqanıstandan tədricən çıxır”, - deyə nəşr yazıb.
Hərbi mənbə Vaşinqtonun Çin və Rusiya ilə qarşıdurmaya daha çox diqqət ayırmaq niyyətində olduğunu vurğulayıb.
Qüdsün statusu və Fələstin xalqının haqları ticarət predmeti ola bilməz. Bunu BMT Baş Assambleyasında çıxışı zamanı Fələstin lideri Mahmud Abbas deyib.
“Qüds satılmır. Fələstin xalqının haqları ticarət predmeti ola bilməz. Regionda sülhün bərpa edilməsi yolu paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasından keçir. Əgər bu baş tutmasa, regiona sülh gəlməyəcək. Fələstinlilər hələ də sülhə inanırlar. Biz heç vaxt danışıqlardan imtina etməmişik və bundan sonra da daim əlimizi danışıqlar üçün uzadacağıq”, – deyə o bildirib.
Rusiya, ABŞ, Rusiya-Qərb münasibətləri
Birləşmiş Ştatların təhlükəsizliyinə ən böyük təhlükə Rusiyanın nüvə silahıdır. Bu haqda Virciniya Hərbi İnstitutunda çıxışında ABŞ-ın müdafiə naziri Ceyms Mettis bildirib.
“Əgər xarici təhlükələrə baxsaq, birinci yerdə Rusiyanın nüvə təhdidi, daha sonra isə Çin və Şimali Koreya gəlir. Nüvə təhlükəsi haqqında çox danışmırlar. Amma bu, real təhlükədir və onun öhdəsindən gəlmək üçün tədbirlər görmək lazım olur. Təmkinli olmaq lazımdır, çünki nüvə müharibəsini udmaq mümkün deyil, ona görə də heç bir halda bu müharibəyə başlamaq olmaz”, - Pentaqonun başçısı qeyd edib.
Ukrayna
Ukraynanın Hərbi-Dəniz Qüvvələri Azov dənizində Rusiya ilə münaqişə halında dəqiqələr ərzində məhv ola bilər. Bu haqda “The American Conservative” nəşrinin jurnalistləri iddia ediblər.
Məqalənin müəllifi əmindir ki, Azov dənizində münaqişə olarsa, Ukrayna gəmiləri tezliklə batırılacaq və Hərbi-Dəniz Qüvvələrinin bazası dərhal məhv ediləcək.
Müharibə dəqiqələr ərzində BAŞA ÇATA BİLƏR – Dəhşətli SSENARİ
Rusiya donanması texniki üstünlük və peşəkarlıq baxımından çox üstündür, buna görə də Ukrayna donanmasını və Azov dənizindəki hərbi dəniz bazasını qısa müddətdə məhv edə bilər. Bu barədə Rusiya Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin keçmiş rəhbəri general Leonid İvaşov danışıb.
“Ukraynanın Azov dənizində hərbi dəniz bazası tikməyi planlaşdırması faktdır. ABŞ bu məsələdə Kiyevə kömək edir, regiona idarəetmə və rabitə vasitələri göndərir. Rus gəmiləri bir neçə saat ərzində Ukrayna gəmilərini və onların Azovdakı hərbi bazasını məhv edə bilər. Burada söhbət hərbi texnika sahəsindəki üstünlük və dənizçilərin peşəkarlıq səviyyəsindən gedir. Bundan əlavə bizim donanmamız Suriyada birbaşa döyüş təcrübəsinə malikdir”, - general bildirib.
Qeyd edək ki, bir qədər əvvəl rəsmi Kiyev Azov dənizindəki hərbi varlığını genişləndirmək və burada hərbi dəniz bazası yaratmaq istəyini dilə gətirmişdi.
Ukraynanın Zakarpatye vilayətində “İkinci Krım ssenarisi” təkrarlanır. Belə fikirlə “ObozTV”nin efirində “Batkivşina” Partiyasından Ukraynanın xalq deputatı İqor Lusenko Macarıstanın Ukraynanın Zakarpartye vilayətindəki konsulunun ukraynalılara Macarıstan pasportları verməsini şərh edərkən deyib.
O hesab edir ki, hazırda Kiyevdə iki seçim var: ya reaksiya verməmək və belə şeylərə gözlərini bağlamaq, ya da hansısa diplomatik alətlərdən istifadə etmək.
Xatırladaq ki, bu yaxınlarda Ukrayna KİV-lərində Macarıstanın Ukraynanın Zakarpartye vilayətindəki konsulunun ukraynalılara Macarıstan pasportları verdiyini əks etdirən video yayılıb.
Koreya böhranı
ABŞ prezidenti Donald Tramp bildirib ki, onun Şimali Koreya lideri Kim Çen Inla yeni görüşü Sinqapurda deyil, başqa yerdə baş tuta bilər. O, bu barədə o Cənubi Koreya lideri Mun Çje İnlə görüş öncəsi danışıb.
"ABŞ və Şimali Koreya arasında görüş, çox güman ki, başqa yerdə keçiriləcək, lakin bu, bənzər format olacaq", - deyə Amerika lideri bildirib.
Trampın sözlərinə görə, o, KXDR lideri ilə "kifayət qədər" tez görüşə bilər.
O, görüş barədə yaxın gələcəkdə məlumat veriləcəyini əlavə edib.
Ömər Dağlı