Sağlamlıq

Dişlərdə əmələ gələn sarı ləkələrdən belə

Metbuat.az

Dişdə əmələ gələn sarı ləkələrin başlıca səbəbi siqaret çəkmək və həddən artıq qəhvə içməkdir. Əgər siz bu ləkələrdən xilas olmaq üçün zərərli vərdişlərinizi tərgidə bilmirsinizsə, o zaman mütləq diş qulluğunuzu vaxtı-vaxtında etməlisiniz.

Metbuat.az xarici KİV-ə istinadla dişləri ağardan 2 fərqli üsul təqdim edir. 1-ci üsul aktiv kömürlə hazırlanan qarışıqdır. Bir tablet aktiv kömür və suyu qarışdırın. Hazırladığınız aktiv kömürü diş fırçanınıza sürtüb dişlərinizi fırçalayın. 5 dəqiqə ərzində fırçaladıqdan sonra ağzınızı çalxalayın. Bu üsulu həftənin yalnız 3 günü tətbiq edin.

Diş ağartmaq üçün süfrə duzundan da istifadə edə bilərsiniz. Süfrə duzu antibakterial xüsusiyyəti sayəsində dişin rəngini açır və ağızda əmələ gələn bakteriyaları təmizləyir. Ağartma məsələsində aktiv kömür qədər təsirli olmasa da, yaxşı təmizləyicidir.

Diş fırçanızı isladıb süfrə duzuna batırın. Daha sonra yavaş-yavaş 3 dəqiqə ərzində fırçalayın. Bu üsulu 2 gün tətbiq edin.

Aysel Yaqubqızı / Metbuat.az

Ədviyyat olaraq istifadə edirik Amma ən güclü təbii antibiotikdir