Dünya
Belarus və Türkiyə milli valyutalarda ticarətə keçmək niyyətindədir
"Belarus və Türkiyə milli valyutalarda ticarətə keçmək niyyətindədir".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Belarusun Türkiyədəki səfiri Andrey Savinıx deyib.
Səfir bildirib ki, bu il iki ölkə arasında ticarət dövriyyəsi 1 milyard dolları keçə bilər:
"Artıq ticarətdə Türkiyə lirəsi və Belarus rublu ilə hesablaşmaq vaxtı çatıb".
Diplomatın sözlərinə görə, milli valyuta ilə hesablaşmalar ticarət dövriyyəsinin daha da artmasına xidmət edəcək.
Milli.Az