Ölkə

Avtomobildən 10 min dollar oğurlayanlar yaxalandı

Metbuat.az

Abşeronda avtomobildən külli miqdarda pul oğurlamış şəxslər tutulub.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Abşeron RPİ-nin əməkdaşları tərəfindən avqustun 17-də rayon ərazisindəki avtomobillərin birindən 10.000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini Kamal Quliyev və Sabirabad rayon sakini Cavidan Mahmudlu saxlanılıblar.

Araşdırmalar davam etdirilir.