Dünya
Ailəli qadınları İnstaqram-da "tələyə salan" şəxs belə İFŞA OLUNDU - Özünü həkim kimi təqdim edərək ... - FOTO
Türkiyədə sosial şəbəkədə açdığı saxta profil ilə özünü uşaq həkimi kimi tanıdaraq, ünsiyyət quran qadınlardan uşaqlarının foto və videolarını göndərmələrini istəyən şəxsin Sakaryada yaşayan C.K. olduğu üzə çıxıb.
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, İnstaqram istifadəçiləri saxtakarı ifşa edincə C.K.-nın yaxalanması üçün polisə məlumat verilib.
Vəkil olan Yunus Emre Çelebi adlı şəxs səhifənin istifadəçisi ilə yazışmalarının yer aldığı ekran görüntülərini polisə təqdim edib.
Məhəmməd Vaqif
Milli.Az