Ölkə
Yasamalda oğru ələ keçdi
Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, rayon ərazisindəki evlərin birindən mobil telefon və təmir-tikinti aləti oğurlanması barədə 29-cu polis şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Masallı rayon sakini Nazim Cahangirov saxlanılıb.
Milli.Az