Digər

Taliblər növbəti dəfə hərbi bazaya hücum etdi: 45 ölü

Metbuat.az

"Taliban" radikal hərəkatının döyüşçüləri Əfqanıstanın Baqlan vilayətində hərbi bazaya hücum ediblər.

Çərşənbə gününə keçən gecə təşkil edilən hücum nəticəsində Əfqanıstan təhlükəsizlik qüvvələrinin ən azı 45 əməkdaşı həlak olub.

Hüquq-mühafizə orqanları faktı təsdiqləyib.

Qeyd edək ki, ötən gün taliblər Fəryab vilayətindəki hərbi bazanı ələ keçiriblər. Atışma zamanı 17 əfqan hərbçi ölüb, 12-si yaralanıb.