Digər

Putindən ÖNƏMLİ TÜRKİYƏ AÇIQLAMASI: "Regional və iqtisadi əlaqələr genişlənir"

Metbuat.az

"Türkiyə ilə Rusiya arasında münasibətlər daha da zənginləşəcək"

Publika.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu ilə görüşü zamanı səsləndirib.

O bildirib ki, iki ölkə arasında münasibətlərin yeni müstəviyə daşınmasında heç bir maneə görmür: "Türkiyə ilə əlaqələrimiz həm dərinləşir, həm də müxtəlif istiqamətlərdə yeni razılaşmaların əldə olunmasına dair fikirlər müzakirə edilir. Regional və iqtisadi-siyasi məsələlərdə iki ölkə arasındakı münasibətlər daha da inkişaf edir".

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar və MİT rəhbəri Hakan Fidanı qəbul edib.

Könül