Ölkə
Prezident İlham Əliyev Teymur Göyçayevi “Şöhrət” ordeni ilə təltif edib
Prezident İlham Əliyev T.Ə.Göyçayevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə Teymur Ənvər oğlu Göyçayev "Şöhrət" ordeni ilə təltif edilsin.
Milli.Az