Ölkə

Nabranda avtoqəzada xəsarət alanların kimlikləri məlum olub - YENİLƏNİB

Metbuat.az

23:46

Nabranda avtoqəzada xəsarət alanların kimlikləri məlum olub.

Milli.Az "Report"a istinadən bildirir ki,  bunlar, Bakı şəhər sakinləri, 1991-ci il təvəllüdlü Həsənov Elvin Rəşid oğlu, 1989- cu il təvəllüdlü Məmmədov Mahir Vaqif oğlu, 1987-ci il təvəllüdlü Məmmədova Sevil Vaqif qızı, 2014-cü il təvəllüdlü Məmmədli Kəmaləddin Sərxan oğlu və 2016-cı il təvəllüdlü Məmmədli Yunis Sərxan oğludur. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıb və hazırda müalicələri davam etdirilir.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.

21:12

Xaçmaz rayonunun Nabran kəndinə istirahətə gələn ailə qəzaya uğrayıb.

Milli.Az "Report"a istinadən bildirir ki,  iki avtomobilin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan üçünün azyaşlı olduğu bildirilir. Xəsarət alanların kimliyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az