Dünya
Məşhur müğənni ölkədə gündəm olan həmin inəyi aldı - 3 gün dənizdə üzmüşdü - VİDEO - FOTO
Qurban bayramında Türkiyənin Rizə rayonunda dənizə atlanıb, 3 gün üzdükdən sonra Trabzonda çıxan inəyi məşhur sənətçi Haluk Levent alıb.
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, bu barədə Haluk Levent Twitter hesabından etdiyi paylaşımda özü məlumat verib:
''Rizədən dənizə atlanıb 3 gün üzərək Trabzondan çıxan dananı aldım. Adını "Ferdinand" qoyduq. Bir cizgi filmində dananın adı idi. O da belə qaçırdı".
Məhəmməd Vaqif
Milli.Az