Digər

Merkeldən Trampa TƏNQİD, Ərdoğana DƏSTƏK

Metbuat.az

Almaniyanın kansleri Angela Merkel ABŞ-ın Türkiyəyə qarşı iqtisadi müharibəsinə qarşı çıxıb.

Publika.az
xəbər verir ki, Merkel Türkiyə iqtisadiyyatının zəifləməsinin heç kimin marağına xidmət etmədiyini bildirib.

“Türkiyə iqtisadiyyatının çökməsi heç kimin marağına uyğun deyil. Almaniya Türkiyənin iqtisadi rifah içində olmasını istəyir”, - deyə Merkel vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın Türkiyəyə iqtisadi hücumundan sonra dünyanın müxtəlif yerlərindən türk lirəsinə dəstək gəlir.

Asif