Digər

Kiprdən qalxan döyüş təyyarələri İdlibi vurmağa hazırlaşır

Metbuat.az

ABŞ-ın Suriyanın İdlib şəhərinə hücum etməsi ehtimalı gündəmə gəldiyi vaxt Kiprin yunan hissəsindəki İngiltərəyə məxsus hərbi bazalar hərəkətə keçib.

Publika.az
xəbər verir ki, daha əvvəl Suriyada həyata keçirilən hava əməliyyatları zamanı istifadə edilən “Ağrotur” bazasından qalxan döyüş təyyarələri Yaxın Şərqə doğru uçmağa başlayıb.

Gün ərzində 14 təyyarənin İdlibin də daxil olduğu bölgədə uçduğu qeydə alınıb. Təyyarələr bölgədə 4-5 saat uçandan sonra yenidən bazaya qayıdır.

Ehtimallara görə, ingilislər də İdlibə hücum edə bilərlər.

Asif