Dünya
İtaliyada sürüşmə: 200-dən çox sakin təxliyə olunub
İtaliyanın şimal-şərqindəki Kurmayor şəhərində torpaq sürüşməsi ilə əlaqədar 200-dən çox adam təxliyə olunub.
Milli.Az Trend-ə istinadən bildirir ki, torpaq sürüşməsi dağ yollarını bağlayıb.
Qeyd olunur ki, sürüşmə sakinlər üçün təhlükə yaratmasa da, onlar ehtiyat tədbirləri ilə əlaqədar təxliyə olunub.
Sakinlər helikopterlər vasitəsilə bölgədən çıxarılıb.
Milli.Az