Dünya
Ermənistanda sabiq qubernatorun oğlu hərbi xidmətdən yayınmaqda ittiham olunur
Ermənistanın İstintaq Komitəsi Sünik vilayətinin sabiq qubernatoru Surik Xaçatryanın 1994-cü il təvəllüdlü oğlu Tiqran Xaçatryanı saxta sənədlərdən istifadə edərək hərbi xidmətdən yayınmaqda şübhəli bilərək istintaqa cəlb edilməsi barədə qərar qəbul edib.
Milli.Az xəbər verir ki, bu barədə Report Ermənistan KİV-inə istinadən xəbər verir.
Ermənistanın İstintaq Komitəsinin Mətbuat xidmətinin məlumatına görə, araşdırma zamanı T.Xaçatryanın yerini müəyyənləşdirmək mümkün olmayıb və o, axtarışa verilib.
Milli.Az