Digər

Zaqatalada 60 yaşlı qadın dəm qazından boğulub

Metbuat.az

[ 17 Aprel 2015 11:01 ]



Bakı. Fuad Cəfərov – APA. Zaqatalada 60 yaşlı qadın dəm qazından boğularaq ölüb.

Zaqatala Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Aşağı Tala kəndində qeydə alınıb. Rayon sakini, 1955-ci il təvəllüdlü Gülnaz Yusif qızı Şabanova yaşadığı evin hamamında dəm qazından boğulub.

Faktla bağlı araşdırma aparılır.