Digər

Yol qəzasında ata öldü, oğul və gəlin yaralandılar

Metbuat.az

Bu gün saat 9 radələrində Kürdəmir rayonunun mərkəzində, Aşıq Şakir və İsmət Qayıbov küçələrinin kəsişməsində 1 nəfərin ölümü, 2-sinin yaralanması ilə nəticələnən yol qəzası baş verib.



Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Kürdəmir rayon sakini, 1960-cı il təvəllüdlü

Rövşən Ağaməmməd oğlu Həmidov

idarə etdiyi “VAZ 2107” markalı avtomaşınla Aşıq Şakir küçəsində hərəkətdə olarkən, qəfildən səhhəti pisləşib. Bu zaman o, idarəetməni itirərək maşını 2 küçənin kəsişməsindəki yaşayış evinin qapısına çırpıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Onun oğlu, 1987-ci il təvəllüdlü

Fərid Həmidov

və gəlini, 1992-ci il təvəllüdlü

Aytac Həmidova

yaralanıblar. Onlar  Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər.



Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.



Milli.Az