Dünya

Yəməndə aviazərbələr 6 şagirdin ölümünə səbəb olub

Metbuat.az

Bakı. 7 aprel. REPORT.AZ/ Yəməndə ərəb dövlətləri koalisiyasının məktəbə endirdiyi aviazərbə nəticəsində 6 şagird ölüb. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. 


"Biz üç şagirdin cəsədini çıxarmışıq, qalan cəsədlərin dağıntılar altından çıxarılması üzrə işlər davam etdirilir", - məlumatda deyilir. 


Aprelin 5-də Səudiyyə Ərəbistanın rəhbərlik etdiyi koalisiya Yəmənin qərbində əs-Səlif limanına zərbələr endirib.