Dünya
AZƏRTAC
Yəməndə 40 nəfərin ölümü ilə nəticələnən terror aktı törədilib
Bakı, 10 aprel,
AZƏRTACAprelin 10-da Yəmənin Şabva əyalətində polis məntəqəsi qarşısında partlayış törədilib.
AZƏRTAC
Əl-Cəzirə telekanalına istinadla xəbər verir ki, terror aktı nəticəsində 40 nəfər həyatını itirib, onlarla insan isə yaralanıb.
Əldə edilən məlumata görə, partlayış Bihan kəndində baş verib. Partladıcı qurğunu kamikadzenin işə saldığı bildirilir.