Ölkə

Yekaterinburqda Qələbənin 70 illiyi ilə bağlı beynəlxalq elmi konfrans keçiriləcək

Metbuat.az

Bakı, 22 aprel,

AZƏRTAC

Rusiyanın Yekaterinburq şəhərində “Böyük qələbənin 70 illiyi: tarixi təcrübə və müasir dövrün problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.


Milli Məclisin mətbuat xidmətindən

AZƏRTAC

-a bildiriblər ki, konfransda II Dünya müharibəsi barədə hərbi-tarixi biliklərin dərinləşdirilməsi, gənc nəslin vətənpərvərlik ruhunun yüksəldilməsi, dünyada hərbi qarşıdurmaların alovlanmasının qarşısının alınması məsələlərinə dair fikir mübadiləsi aparılacaq.


Milli Məclisin deputatı Mixail Zabelin konfransda iştirak etmək üçün aprelin 22-dən 25-dək Yekaterinburqda səfərdə olacaq.


Səfər çərçivəsində deputat Sverdlovsk vilayətinin rəhbərliyi, bu bölgədəki Azərbaycan diasporunun fəalları ilə də görüşəcək.