İdman
Yaya Ture "Mançester Siti"də qalacaq
"Mançester Siti"nin yarımmüdafiəçisi Yaya Ture komandanı tərk etmək niyyətində deyil.
Metbuat.az "Daily Mail"ə istinadən xəbər verir ki, ivuarlı futbolçu "İnter"in təklifini geri çevirəcək. Onun "şəhərlilər"lə 2 illik müqaviləsi var.
Cari mövsümdə 33 matçda meydana çıxan Turenin aktivində 10 qol, 1 məhsuldar ötürmə var.