Ölkə
AZƏRTAC
Yaponiyanın JIJI PRESS agentliyinin icraçı direktoru Dövlət Bayrağı Meydanı ilə tanış olub
Bakı, 15 aprel,
AZƏRTACAzərbaycanda səfərdə olan Yaponiyanın JIJI PRESS agentliyinin icraçı direktoru Sadafumi Tani və agentliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri Hiroşi Masuda aprelin 15-də Dövlət Bayrağı Meydanı ilə tanış olublar.
AZƏRTAC
xəbər verir ki, qonaqlara Bayraq Meydanı və onun ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Dövlət Bayrağı Muzeyi ilə tanış olan yaponiyalı qonaqlar burada nümayiş etdirilən eksponatlar haqqında məlumatlandırılıb.
Sadafumi Tani və Hiroşi Masuda Dövlət Bayrağı Meydanından xoş təəssüratlarla ayrılıblar.