Ölkə
AZƏRTAC
Xaçmazda ikimərtəbəli evdə yanğın olub
Bakı, 19 aprel,
AZƏRTACXaçmazda ikimərtəbəli evdə yanğın olub.
AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, rayonun Palçıqoba kəndində ümumi sahəsi 160 kv.m olan 4 otaqlı ikimərtəbəli evin mətbəxinin tavanı 9 kv.m sahədə və içərisindəki əşyalar yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov saat 13:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.