Dünya
Trend
Milli.Az
"Uydurma "soyqırım"ı tanımağa çağıranlar Ermənistanın harada yerləşdiyini də bilmirlər"
"1915-ci il hadisələrini “soyqırım” kimi tanımağa çağıran bəzi ölkələr heç Ermənistanın harada yerləşdiyini də bilmir".
Trend
-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Avropa İttifaqı məsələləri naziri
Volkan Bozkırbildirib.
Nazirin sözlərinə görə, Türkiyə 1915-ci il hadisələrinin siyasiləşdirilməsinin əleyhinədir.
O əlavə edib ki, 1915-ci il hadisələri o dövrdə Osmanlı imperiyasında yaşamış bütün xalqlar üçün ümumi faciədir.
ABŞ prezidentinin gözlənilən çıxışı barədə sualı şərh edən V.Bozkır qeyd edib ki, Ankara Obamanın “soyqırım” ifadəsi işlətməyəcəyinə ümid edir.
Milli.Az