Ölkə

Uşaq musiqi məktəbinin binasında inşaat işləri yekunlaşır

Metbuat.az

Ağdam, 20 aprel, Tahir Ağaməmmədov,

AZƏRTAC

Ağdam rayonunun Xındırıstan kənd uşaq musiqi məktəbi üçün inşa edilən yeni binada son tamamlama işləri aparılır.


AZƏRTAC

xəbər verir ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq inşa edilən məktəbin ikimərtəbəli binası 23 tədris otağından, bufet, 2 sanitar qovşağı, inzibati, musiqi alətləri və inventar, qrim, kitabxana və digər otaqlardan ibarətdir.


Hazırda məktəbin həyətində abadlıq və yaşılıq işləri aparılır.