Ölkə

Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun elmi təqdimatı

Metbuat.az

Bakı, 16 aprel,

AZƏRTAC

Bakı Dövlət Universitetində (BDU) mayın 18-19-da Bakıda keçiriləcək III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun elmi təqdimatı olub.


BDU-dan

AZƏRTAC

-a bildiriblər ki, ölkəmizin mədəniyyətlərarası dialoq, multikulturalizm və tolerantlıq diyarı kimi tanınması, bununla əlaqədar müvafiq beynəlxalq imicinin formalaşmasına yönəldilmiş işlərin miqyasının genişləndirilməsi və bu sahəyə respublika elmi ictimaiyyətinin səfərbər olunması məqsədilə keçirilən tədbirdə universitetin elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə çıxış edib. Azərbaycan hökumətinin müvafiq istiqamətdə gördüyü işlərin əhəmiyyətini vurğulayan A.Kazımzadə BDU-nun pedaqoji kollektivinin, bütün elmi potensialının ölkəmizin tanıdılması və nüfuzunun artırılmasına xidmət edən forumun uğurla həyata keçirilməsində yaxından iştirak etməyə hazır olduğunu diqqətə çatdırıb.


Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, elm, təhsil və gənclərlə iş şöbəsinin elm sektorunun müdiri Asif Usubəliyev qarşıda duran strateji hədəflər barədə məlumat veriblər.


Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildən həyata keçirilən Bakı prosesi və 2011-ci ildən ev sahibliyi etdiyimiz Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu respublikamızı dünya mədəniyyətləri və xalqları arasında multikultural ənənələrə sahib olan ölkə kimi təsdiqləyib. Belə tədbirlər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında misilsiz əhəmiyyətə malikdir.


Sonra mövzu ətrafında müzakirələr aparılıb.