Dünya
AZƏRTAC
Türkiyə polisi Suriya sərhədində 9 ingilis vətəndaşı saxlayıb
Bakı, 2 aprel,
AZƏRTACTürkiyə polisi Suriya sərhədini qanunsuz keçməyə cəhd edən doqquz britaniyalını həbs edib.
AZƏRTAC
Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, britaniyalılar Türkiyə ərazisində Suriya ilə həmsərhəd Hatay əyalətində saxlanılıb.
Britaniyalıların Suriya ərazisinə keçmək istəməsinin məqsədi hələlik məlum deyil.
Saxlanılanlardan 2-nin qadın, 4-nün isə uşağın olduğunu bildirilir.