İdman

Teymur Rəcəbov şahmatçılarımızı niyə tək qoydu?

Metbuat.az

Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2015 beynəlxalq şahmat turnirində iştirakçılar arasında dəyişiklik baş verib.



ANS PRESS-in məlumatına görə, səhhəti ilə əlaqədar Azərbaycanın məşhur şahmatçısı Teymur Rəcəbov superturnirdə iştirak edə bilməyəcək.



ShamkirChess2015-də mübarizə aparan 10-cu şahmatçı İngiltərə təmsilçisi Maykl Adams (FİDE reytinqi 2746) olacaq.



Qeyd edək ki, Synergy Group ASC-nin təşkilatçılığı və sponsorluğu ilə təşkil olunan superturnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionları Vişvanatan Anand, Vladimir Kramnik eləcə də Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşye-Lagrav, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov iştirak edəcək.



Synergy Group davamlı gələcəyə doğru hər zaman peşəkar və sistematik addımlar atır və cəmiyyətin inkişafına tövhə verir.

Mənbə
ANS PRESS