Ölkə

SOCAR prezidenti Qaribaşvili ilə görüşdü (FOTO)

Metbuat.az

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Gürcüstana səfəri çərçivəsində qonşu ölkənin baş naziri İrakli Qaribaşvili ilə görüşüb.



SOCAR-dan ANS PRESS-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Gürcüstan arasında ikitərəfli iqtisadi əlaqələr, enerji sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.



Bununla yanaşı, SOCAR-ın bu ölkədə həyata keçirdiyi və keçirilməsi nəzərdə tutulan layihələr barədə fikir mübadiləsi aparılıb.



Səfər çərçivəsində R.Abdullayevin Azərbaycan-Gürcüstan birgə əməkdaşlıq layihələri əsasında inşa olunmuş bəzi tikinti obyektlərinin açılışında iştirakı nəzərdə tutulub.







Mənbə
ANS PRESS