Ölkə
Sinqapur şirkətlərinin Sumqayıt Kimya Sənaye Parkında iştirak imkanları araşdırılır
Sumqayıt, 20 aprel, Ətrabə Rzayeva,
AZƏRTACSinqapur şirkətləri ilə əməkdaşlığımızın spektri çox genişdir. Hazırda əlaqələrimizi hansı sahələrdə inkişaf etdirəcəyimizə baxırıq.
Bu barədə
AZƏRTAC-a Sumqayıt Kimya Sənaye Parkının direktor müavini Zaur Məmmədov məlumat verib. O qeyd edib ki, bu günlərdə Bakıda keçirilən Azərbaycan-Sinqapur biznes-forumunda Sinqapur şirkətləri informasiya texnologiyaları və neft kimyası sahələrində investisiya yatırmağa dəvət olunublar.
“Hələlik konkret layihələr yoxdur və tərəflər yaxın vaxtlarda əməkdaşlığın istiqamətlərini müəyyənləşdirməyi planlaşdırırlar”, - deyə Z.Məmmədov əlavə edib.