Ölkə

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər

Metbuat.az

Daşkəsən, 13 aprel,

AZƏRTAC

Aprelin 14-dən 16-dək Qətərin paytaxtı Dohada “Yırtıcı Şahin-2015” təliminin yekun planlaşdırma konfransı, aprelin 14-dən 17-dək Litvanın Kaunas şəhərində yaralılara hospitala təxliyədən öncəki tibbi yardım kursu keçiriləcək.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən

AZƏRTAC

-a bildiriblər ki, hər iki tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.


Hərbi qulluqçularımız, həmçinin aprelin 14-dən 24-dək Əmmanda Əməliyyat İmkanları Konsepsiyasının Qiymətləndirmə və Rəy Proqramı çərçivəsində qiymətləndiricilər üçün 29-cu təlim kursuna qatılacaqlar.