İdman

Şəmkirdə üçüncü gün: norveçli aman vermir

Metbuat.az
Kəpəz TV (Region TV) xəbər verir ki, yarışda 3-cü turun oyunları keçirilib.

Günün ən maraqlı görüşündə dünyanın 1 nömrəsi

Maqnus Karlsen

reytinq siyahısında 2-ci olan

Fabiano Karuana

nı məğlub edib. Azərbaycanlı şahmatçılardan

Şəhriyar Məmmədyarov

fransız

Maksim Vaşye-Laqrav

la, son ölkə çempionu

Rauf Məmmədov

isə sabiq dünya çempionu

Vladimir Kramnik

lə xalları yarı bölüblər. Digər eks-dünya çempionu

Vişvanatan Anand

yarışın ən gənc şahmatçısı

Aniş Giri

ylə sülh bağlayıb. Xatirə turnirinin bir başqa gənc iti zəka sahibi

Uesli So

təcrübəli

Maykl Adams

dan güclü olub. 3 turdan sonra turnir cədvəlinin ilk iki pilləsində 2,5 xalla Maqnus Karlsen və Uesli So qərarlaşıblar. Kramnik 2 xalla 3-cüdür. Sonrakı yerləri isə 1,5 xalı olan Anand, Rauf Məmmədov və Vaşye Laqrav bölüşdürürlər. Aniş Giri, Şəhriyar Məmmədyarov və Karuananın isə 1 xalı var. Siyahının son pilləsində yarım xalla Adams yer alıb.



Milli.Az