Digər

Şəkidə maşınlar toqquşdu, yaralı var

Metbuat.az

Saat 09 radələrində Şəki-Oğuz şossesində qəza olub.



Milli.Az Kanal S-ə (Region TV) istinadən bildirir ki, hadisə zamanı Şəki sakini

İlyasov Rahim Qurbanəli oğlu

nun idarə etdiyi VAZ-2106 markalı avtomobillə Şəki sakini,

Əhmədov Fazil Fərrux oğlu

nun idarə etdiyi "Honda" markalı avtomobil toqquşub. Nəticədə "VAZ" markalı avtomobildə olan sərnişin

Kərimov Aslan Məhərrəm oğlu

müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alan şəxs dərhal Şəki RMX-yə yerləşdirilib.



İlkin ehtimalla, qəzaya səbəb "Honda" markalı avtomobilin sürücüsünün düzgün ötmə əməliyyatı yerinə yetirməməsi olub. Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırmalar aparılır.



Milli.Az